St. Peter's Dome Panorama, Vatican

Description in English not found. We only have a description in Azerbaijani:

Müqəddəs Pyotr bazilikasının günbəzi (it. La cupola di San Pietro) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan intibahı dövrünə aid Müqəddəs Pyotr bazilikasının mərkəzi kəsişmə hissəsini örtən günbəzdir.

Günbəz, insan əli ilə inşa edilmiş ən böyük daş hörmə tavanlardan biridir; o, 42 metr diametrə, kilsənin təməlindən günbəz fənərinin zirvəsinə kimi 130 metrdən çox hündürlüyə malikdir. Günbəzin intibah memarlığından barokko memarlığına keçid dövrünü əks etdirən formaları, 1564-cü ildə vəfat edənə kimi bazilikanın inşasında iştirak etmiş Mikelancelo Buonarrotinin dizaynı əsasında inşa edilmişdir.

Roma şəhərinin simvollarından biri olan günbəz xalq dilində sadədə "Dome" adlandırılır. Günbəzdən Vatikana, eləcə də Romanın bütün qədim ərazilərinə 360° mənzərə açılır.

 Read more...